Belarus Rusiyadan 1,5 milyard dollar həcmində idxalın əvəzlənməsini gözləyir


Euroradionun materialı

Belarus və Rusiya hakimiyyəti Qərb sanksiyalarına qarşı mübarizə aparmağı planlaşdırıb
Sentyabrın əvvəli Belarus və Rusiya idxalın əvəzlənməsi ilə bağlı proqrama 1,5 milyard dollar həcmində kreditin ayrılması barədə müqavilə imzalamağı planlaşdırır. Bu barədə Belarusun Baş nazirinin birinci müavini Nikolay Snopkov Mockvada bəyan edib, -BELTA xəbər verir.
Aleksandr Lukaşenko daha əvvəl deyib ki, rəsmi Minsk Moskvaya Qərb idxalının əvəzlənməsi ilə bağlı bir neçə müştərək layihə təklif edib. Beləliklə, Belarus və Rusiya hakimiyyəti Qərb sanksiyalarına qarşı mübarizə aparmağı planlaşdırıb. Lukaşenkonun dediyinə görə, Kreml bu ideya ilə razılaşıb və Belarusa 1,5 milyard dollar həcmində kredit ayırmağı vəd edib.   
Tarix: 25-08-2022, 10:06
Xəbəri paylaş





Xəbər lenti