London artıq rus oliqarxları üçün təhlükəsiz sığınacaq olmayacaq - Britaniya səfiri


 
“Böyük Britaniya Ukraynanın işğalından sonra rus oliqarxlarına qarşı ardıcıl olaraq sanksiyalar tətbiq edir. London artıq onlar üçün təhlükəsiz sığınacaq olmayacaq”.
Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons RBK-Ukraynaya müsahibəsində bildirib.
Səfirin bu mövzu ilə bağlı baş nazir postuna hər iki namizəd- Liz Trass və Rişi Sunakın mövqelərinin üst-üstə düşdüyünü qeyd edib.
"Rişi Sunak maliyyə naziri kanslerimiz olaraq sanksiya rejimi ilə prosesə rəhbərlik edib. Liz Trass özü dəfələrlə Putini dəstəkləyib, lakin pulunu sərvətini Böyük Britaniyada saxlayanlara qarşı sanksiyaları ikiqat artıracaqlarını söyləyib”,-deyə britaniyalı diplomat vurğulayıb.
Səfir sanksiyaya məruz qalan 1100 nəfərin aktivləri dondurulduğunu və onlara səyahət qadağası gətirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiya təyyarələri Böyük Britaniya hava limanlarına enə, Rusiya gəmiləri isə dəniz limanlarına yanaşa bilmir.
Tarix: 25-08-2022, 17:12
Xəbəri paylaş





Xəbər lenti