Navalnının silahdaşı agent çıxdı: illərlə xüsusi xidmət orqanlarına işləyirmiş…


Navalnının silahdaşı agent çıxdı: illərlə xüsusi xidmət orqanlarına işləyirmiş…Aleksey Navalnı, Vladimir Putin

Martın 1-də Tbilisidəki mitinqdə səhnəyə çıxan cavan oğlan qışqırırdı: “Mən özüm Rusiya vətəndaşıyam. Putinin əleyhinəyəm. Mən könüllüyəm, vuruşmaq üçün Ukraynaya getmək istəyirəm. Mən Putini seçməmişəm”. Səhnədəki oğlan Rusiya müxalifəti lideri Aleksey Navalnının komandasının uzun illər üzvü olmuş Mixail Sokolov idi. O, müharibəyə bir neçə həftə qalmış əqidə yoldaşlarına bu illər ərzində həm də Federal Təhlükəsizlik Xidmətinə işlədiyini etiraf etmişdi.

Bizimyol.info xəbər verir ki, Udmurtiyadan olan 25 yaşlı siyasi fəalı Ukraynaya buraxmadılar. Sokolov Rusiyaya da qayıtmadı. İndi onu Niderlandda qaçqın düşərgəsində görmək olar. Mixail orada müsahibə verib.
Sokolov həmişə müxalifətçi kimi tanınıb. Amma müsahibədən anlaşılır ki, onu siyasət aləminə ilk addımlarını atandan xüsusi xidmət orqanlarına əməkdaşlığa cəlb ediblər. Dediyinə görə, onda hələ Navalnı komandasında özünə yer edə bilməmişdi.
“19 yaşım var idi. Hərbi xidmətə heç getmək istəmirdim. Federal Təhlükəsizlik Xidmətində bundan necəsə xəbər tutmuşdular. Məni hərbi komissarlığa çağırdılar. Rəis söhbətin bir yerində otaqdan çıxdı, məni bir kişi ilə tək qoydu. Həmin adam özünü FTX əməkdaşı kimi təqdim etdi. Soyadı Tyulkin idi. Dedi ki, hərbi xidmətdən çəkindiyini bilirik, azı iki il həbs gözləyir səni. Kömək edəcəklərini bildirdi”.
Tyulkin Sokolova bir neçə vacib tapşırıq verib. Hər şeydən əvvəl udmurtiyalı siyasi fəal Federal Təhlükəsizlik Xidmətini aksiyalar barədə əvvəlcədən məlumatlandırmalıydı. Hətta birnəfərlik piketlər də unudulmamalıydı. Bundan başqa, xüsusi xidmət orqanlarının əməkdaşlarını maliyyə məsələləri maraqlandırırdı. Məsələn, sonradan bilmək istəyirdilər ki, Navalnının komandasına pul haradan gəlir.
“Mənim bütün sənədlərə çıxışım yox idi. İndiyə qədər də bilmirəm ki, Navalnının İjevsk qərargahının koordinatoru nə qədər maaş alırdı. FTX ilə məxfi “Teleqram” çatında əlaqə saxlayırdım. Görüşlərin də konkret vaxtı yox idi. İnformasiya olanda deyirdim. Adətən, avtomobildə əyləşirdik. Bir neçə ay sonra Tyulkini Aleksandr Karlagin əvəz etdi. “Toyota Camry” sürürdü. Maşına əyələşən kimi bütün informasiyanı yazmaq üçün mənə A4 kağızı verirdi”.
Navalnı komandasının üzvləri deyir ki, Sokolovdan heç vaxt şübhələnməyiblər. Bəlkə də, prinsipial müxalifətçi obrazı buna mane olub. Sokolov isə informasiya çatdıranda əqidə yoldaşlarına zərər vurmamağa çalışdığını bildirir.
“Navalnının qərargahında xüsusi xidmət orqanlarına işləyən xeyli adam var. Hər qərargaha azı bir nəfər düşür”.
Sokolovun nə dərəcədə həqiqəti söylədiyini bilmək olmur. Onun sözlərinə görə, FTX ona ayda cəmi 10 min rubl ödəyirmiş. Belə aşağı məbləğə əməkdaşlıq qəribə görünür. Jurnalistlər Mixailin adını çəkdiyi xüsusi xidmət orqanları əməkdaşlarının kimliyini müəyyənləşdirməyə çalışıb. Ortaya konkret nəticə çıxmayıb. FTX rəsmi sorğuya da cavab verməyib.
Tarix: 25-08-2022, 17:32
Xəbəri paylaş





Xəbər lenti