Sanksiyalara rəğmən: Rusiya ABŞ-la ticarətdən ayda bir milyard dollardan çox qazanır
Ukraynaya qarşı apardığı müharibəyə baxmayaraq, Rusiya məhsullarının ABŞ-a axını davam edir.Moskva bu ticarətdən hər ay bir milyard dollardan çox gəlir əldə edir.
Məlumata görə, son altı ayda Rusiya ABŞ-a 3600-dən çox partiyada ağac, metal, rezin və digər mallar göndərib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə, təxminən 50% azdır.
Dövlət Departamentinin Sanksiyaların Əlaqələndirilməsi İdarəsinin rəhbəri Cim O'Braynın bu rəqəmləri belə izah edib:
“Biz sanksiyalar tətbiq etdikdə, bu, qlobal ticarəti poza bilər. Ona görə də bizim vəzifəmiz hansı sanksiyaların daha çox təsir edəcəyini düşünmək və qlobal ticarətin işləməsinə imkan verməkdir”.
Mənbə: rbc.ua
Tarix: 26-08-2022, 10:49