Ukraynadakı müharibənin sualı: ‘Qələbə nə deməkdir’


Donbas
Donbas
Getdikcə daha çox ekspert xəbərdarlıq edir ki, müharibə uzandıqca Qərbin Ukraynaya dəstəyi azala bilər
Rusiyanın Ukraynanı işğalı yeddinci aya girdi. Tərəflərdən heç biri qəti qələbəyə, yaxud məğlubiyyətə yaxın görünmür. Gələn aylarda bu münaqişədə nə gözləmək olar? AzadAvropa/AzadlıqRadiosunun müxbiri Mayk Ekel bu haqda yazır.
“Növbəti altı ayda müharibə zəif atəşlə qaynamağa davam edəcək, hər iki tərəf hərbi və iqtisadi itkilər verəcək. Kompromis tapmaqla bağlı söhbətlər daha ucadan eşidiləcək”, – Berlindəki Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun tədqiqatçısı Mariya Şaqina deyib.BUNA DA BAX:Ukraynaya hücum başlayandan Aİ-yə bir milyon rusiyalı səfər edib

İqtisadi göstəricilər

Münaqişədə yaxın və uzaq gələcəkdə izlənəcək birinci məsələ iqtisadiyyatla bağlıdır. Rusiyanın İqtisadiyyat Nazirliyi avqustun 17-də yaydığı proqnozda ölkədə ÜDM-nin ilin sonunadək 4.2 faiz azalacağını, inflyasiyanın 13.4 faiz olacağını bildirib. Daha öncəki proqnozlar, o cümlədən Beynəlxalq Valyuta Fondunun gözləntiləri daha bədbin idi.
Bəzi ekspertlər işğala görə Qərbin sanksiyalarının hələ Rusiya iqtisadiyyatına tam təsir göstərmədiyini, tam təsirin gələn aylarda üzə çıxacağını düşünürlər.
“Əlçatan istehlak mallarının, hətta ərzaq məhsullarının keyfiyyəti və kəmiyyəti azalacaq. İnflyasiya real maaşlara daha çox təsir göstərəcək. Ölkədə zavodlar dayanacaq, işçilər ya çıxarılacaq, ya da uzunmüddətli məzuniyyətə göndəriləcək”, – Los Ancelesdəki Kaliforniya Universitetində siyasi təhlilçi və Rusiya siyasəti üzrə ekspert Daniel Treysman deyib. Onun fikrincə, bütün bunlar narazılıq yarada bilər.
Azadlıq radiosu
Tarix: 26-08-2022, 22:42
Xəbəri paylaş





Xəbər lenti