Rusiya "demilitarizasiyanı" hələ ki, ayrıca Krımda həyata keçirir...

Rusiya
"Rusiya təyyarə itkilərinin qarşısını almaq üçün Krımda "yer-hava" taktiki raketlərin sayını artırıb..."
Rusiya öz hərbi-hava qüvvələrini hərbi hava limanları və hərbi bazalarda partlayışlardan sonra Krımda cəmləşdirir.
 
Moderator.az xəbər verir ki, bu barədə NATO-nun hesabatında deyilir. Məlumatı "Biznes-insayder" yayıb.
 
Sənədə əsasən, Rusiya Federasiyası Silahlı Qüvvələri bundan sonra təyyarə itkilərinin qarşısını almaq üçün artıq Krıma 10 qırıcı -6 Su-35 və 5 MiQ-31 təyyarəsi yerləşdirib.
 
Bu manevrlərə rəğmən, Sevastopolun yaxınlığında yerləşən Belbek hava limanı "Rusiyanın Ukraynanın cənubunda və Qara dəniz üzərində hərbi dəstəyin təmin olunması üçün ən mühüm hava limanı olaraq" qalır, NATO kəşfiyyatının nümayəndələri belə hesab edir.
 
Alyansın məlumatına görə, indiyədək təxminən 32 qırıcı təyyarə dislokasiya edilib. Bunlar, əsasən, bir neçə müasir Su-35C və MiQ-31BM təyyarələridir.
 
Bundan başqa, NATO əmindir ki, Rusiya Krımda "yer-hava" sinfindən olan taktiki raketlərinin sayını artırıb ki, Ukrayna tərəfdən bundan sonra olan hücumlara, o cümlədən pilotsuz uçuş aparatları ilə aparılan hücumlara müqavimət göstərə bilsin.
 
Bundan öncə Ukraynanın Kəşfiyyat Xidməti Rusiyanın təyyarə və helikopterlərinin o cümlədən yarımadanın hüdudlarından kənardakı ehtiyat hava limanlarına köçürülməsi barədə məlumat verib.
Tarix: 27-08-2022, 08:32
Xəbəri paylaş





Xəbər lenti