Ukrayna ordusu Rusiyanın hərbi bazasını vurdu - Video


Avqustun 28-də Xerson vilayətinin Rusiya tərəfindən işğal olunmuş Nova Kaxovka ərazisində partlayışlar baş verib.
Yeniavaz.com
UNIAN-a istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Nova Kaxovkadakı Rusiya hərbi bazasını vurduğu iddia edilir.
"Rus işğalçılarının Nova Kaxovkadakı bazasının vurulması təsdiqlənib. Mülki əhali zərər görməyib. İşğalçıların itkiləri dəqiqləşdirilir ", - Operativ ZSU “Telegram” kanalı bildirib.
Hadisə yerindən çəkilmiş kadrlar sosial şəbəkəlrədə yayılıb.

Tarix: 28-08-2022, 18:40
Xəbəri paylaş





Xəbər lenti