Almaniya özünü sığortalayıb və "Qazprom"a tələ hazırlayıb...

Almaniya özünü sığortalayıb və
"Şirkətin məqsədi energetika sektorunda tədarüklərin etibarlılığını təmin etməkdir..."
"Şimal axını" qaz boru kəməri ilə qaz tədarükünü məhdudlaşdırmaq Rusiyanın xaincəsinə apardığı oyundur..."
 
Almaniya "Qazprom"un "törəmə"sinin milliləşdirilməsinə hazırlaşır. Federal hökumət, guya, tez bir zamanda milliləşdirməni həyata keçirmək üçün artıq holdinq şirkəti yaradıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Velt" nəşri məlumat yayıb.
 
"Qazprom" Rusiya dövlət şirkətinin alman törəmə şirkətinin mümkün milliləşdirilməsinə hazırlıq əvvəl güman edildiyindən daha fəal gedir. Bizdə olan məlumata görə, federal hökumət gizli olaraq holdinq şirkəti yaradıb ki, qısamüddətli perspektivdə milliləşdirməni həyata keçirmək mümkün olsun", - jurnalistlər iddia edib.
 
Qeyd edilir ki, indiyədək "Avropanın təhlükəsiz energetika" adlandırılan  sabiq "Qazprom Almaniya" şirkəti  Almaniyanın Federal şəbəkə agentliyinin idarəçiliyi altındadır.
 
Almaniyanın İqtisadiyyat nazirliyi holdinq şirkətinin yaradılması haqqında məlumatın olduğunu təsdiq edib.
 
"Buna hələ 2022-ci ilin may ayından istisnasız olaraq restrukturizasiya üzrə istənilən cəhdlərin qarşısının alınması tədbirləri kimi hazırlıq görülüb", - nəşr nazirliyin nümayəndəsinin sözlərindən iqtibas gətirib.
 
Holdinqin Nizamnaməsində deyilir: "Şirkətin məqsədi energetika sektorunda tədarüklərin etibarlılığını təmin etməkdir".
 
"Velt" qeyd edir ki, holdinqin idarə heyətinin direktorları beynəlxalq  CMS hüquq firmasının alman bölməsinin iki hüquqşünası seçilib. 
 
Bundan öncə Almaniyanın energetika sektorunu nizamlayan Federal şəbəkə agentliyinin prezidenti Klaus Müller bəyan edib ki, qaz ehtiyatlarının noyabr ayınadək 95 faiz doldurulması ölkə tələbatını 2-2, 5 aya təmin edə bilər. Hazırda bu ehtiyatlar 77 faiz doldurulub.
 
İyulun sonunda Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim problemləri naziri Robert Qabek bəyan edib ki, Rusiyanın "Şimal axını" qaz boru kəməri ilə qaz tədarükünü məhdudlaşdırmaq üçün texniki səbəblər yoxdur. Məsələ Rusiya hakimiyyətinin xaincəsinə oyunundadır.
Tarix: 28-08-2022, 22:37
Xəbəri paylaş





Xəbər lenti