Minlərlə Ukraynalı uşaq Avropada seksual köləliyə düçar edilə bilər - "El Mundo" nəşri...


Minlərlə Ukraynalı uşaq Avropada seksual köləliyə düçar edilə bilər -
"Minlərlə ukraynalı uşaq insan alverçilərinin caynağına keçə bilər..."
 

"Mübaqişənin ilk ayında Ukraynanı 1, 5 milyon uşaq tərk edib..."
 
"Avropa İttifaqının bəzi ölkələrində ciddi sərhəd nəzarəti, miqrantların uçotu və Ukraynadan gələnlərə nəzarət mövcud deyil..."
 
"Yalnız 5 ölkə-Fransa, İtaliya, Belşika və Çexiya ölkəyə böyüklərin müşayiəti olmayan uşaqların uçotunu aparır..."
 
Ukraynadan nizamsız qaçqın axını insan alverçiləri üçün əlverişli şərait yaradır.
 
Moderator.az xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo" nəşri yazıb.
 
Problem bundadır ki, Avropa İttifaqının bəzi ölkələrində ciddi sərhəd nəzarəti, miqrantların uçotu və Ukraynadan gələnlərə nəzarət mövcud deyil.
 
Son altı ayda hərbi münaqişə səbəbindən Ukraynanı tərk edən on milyonlarla nizamsız  qaçqın axını insan alverçiləri və seksual köləliyə sövq edən bandalar üçün əlverişli şərait yaradır.
 
90 faiz hallarda qaçqınlar qadınlar və uşaqlardır, ona görə də humanitar vı qeyri-hökumət təşkilatlar xüsusilə həddi-buluğa çatmayanlar üçün risklərin mövcud olması barədə xəbərdarlıq edir. 
 
YUNİSEF-in məlumatına görə, münaqişənin ilk ayında Ukraynanı 1, 5 milyon uşaq tərk edib. 
 
BMT-nin fondu xəbərdarlıq edir ki, yaranmış xaosdan insan alverçiləri istifadə edə bilər.
 
BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı pulsuz nəqliyyat, yerləşdirmə, iş və başqa yardım təklif edən cinayətkar qruplaşmaların mövcud olması ilə bağlı narahatlığını ifadə edib və ukraynalılara xəbərdarlıq edib.
 
16 yaşlı İqorun aprel ayında Ukraynadan qaçması göstərir ki, belə təhlükə həqiqətən mövcuddur. İqor Polşaya böyüklərin müşayiəti olmadan gəlib.
 
"Sərhədçi mənə yaxınlaşıb, otağa apardı. Dedi ki, həddi-buluğa çatmayan uşaqlar Polşa ərazisində sərbəst hərəkət edə bilməz", - İqor xatırlayır.
 
Sərhədçi yeniyetməyə deyib: "Otaqda gözlə, səni suyu və qidası olan qaçqınlar mərkəzinə aparacağam. Orada sənin üçün Polşada müvəqqəti qəyyum tapacaqlar".
 
"Məndə belə təəssürat yaranmışdı ki, orada heç kim heç kimi axtarmır, çünki mən özüm bir günə müşayiət edən adamı tapmışam. Facebook-da post yazdım və ertəsi gün biz Çenstoxova yollandıq. İstərdim ki, könüllülər mənə qəyyum tapsınlar", - yeniyetmə belə deyib.
 
YUNİSEF Ukrayna ilə həmsərhəd olan Avropa ölkələrinin hökumətlərinə sərhəddi keçən həddi-buluğa çatmayan uşaqlara səmərəli nəzarət və müdafiə sistemini müəyyən etməyə və tez bir zamanda böyüklərin müşayiət etmədiyi uşaqları identifikasiya etməyə çağırış edib.
 
Sorğu göndərilən 12 ölkə sırasında yalnız dörd ölkə-Fransa, İtaliya, Belçika və Çexiya ölkəyə böyüklərin müşayiəti olmayan uşaqların uçotunu aparır.
 
Digər iki ölkə-Xorvatiyada və Niderland da həmçinin, az müfəssəl olsa da, siyahılar tərtib edilir.
 
Hakimiyyət nümayəndələrinin məlumatına görə, bu altı ölkəyə münaqişənin ilk ayında 3885 uşaq böyüklərin müşayiəti olmadan daxil olub. Xüsusilə İtaliya seçilir, fevralın 24-dən martın 30-dək ölkəyə 2995 uşaq gəlib.
 
Beş ölkə uşaqların uçotunu aparır və ya məlumatların konfidensiallığına istinad edir.
 
Bu ölkələrdən biri İspaniyadır. Biz DİN Dövlət təhlükəsizlik katibliyi ilə əlaqə saxlamışıq və bizə bəyan edilib ki, belə məlumatı yaymırlar, çünki "ikitərəfli münasubətlərə xələl gətirə bilər".
 
Slovakiya bizə cavab verib ki, bu, konfidensial məlumatdır, Çexiya, Böyük Britaniya və Polşa isə məlumat verməyib.
 
Müdafiə 
 
"Dəqiq və aktual məlumatlar olmadan yaxşı müdafiə sistemləri işləyib hazırlamaq mümkün deyil. Bütün uşaqların reyestrini aparmaq lazımdır. Biz görmədiyimiz uşaqları müdafiə edə bilmərik. Avropa İttifaqına gələn həddi-buluğa çatmamış uşaqların identifikasiyası, uçotu və nəzarətində boşluqlar ciddi narahatlıq doğurur", - Avropanın uşaqları müdafiə üzrə Missing Children Europe təşkilatından Xaqoda Luto qeyd edib.
 
Bu Avropanın uşaq seksual istismarı ilə mübarizə aparan qeyri-hökumət təşkilatı "əlaqə kəsilən uşaqların zorakılıq, qəddar münasibət və ya insan alverçilərinin qurbanı ola biləcəyindən" narahatdır.
Tarix: 28-08-2022, 23:04
Xəbəri paylaş





Xəbər lenti