Bağdadda silahlı toqquşmalar davam edir, 20 nəfər ölüb


Bağdadda silahlı toqquşmalar davam edir, 20 nəfər ölüb

"İraq paytaxtının mərkəzində yerləşən Yaşıl Zonada silahlı toqquşmalar nəticəsində ölənlərin sayı 20-yə çatıb".

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı Əl-Cəzirə telekanalı iraqlı həkimlərə istinadən məlumat yayıb.
Bundan əvvəl media İraq paytaxtının “yaşıl zonası”nda bazar ertəsi günortadan sonra başlayan və indiyədək davam edən qarşıdurmalar zamanı 15-ə yaxın həlak olduğunu bildirmişdi. Xəstəxanalar 300-dən çox insan yaralandığı barədə məlumat verib.
"Bazar ertəsi siyasətdən getdiyini elan edən şiə imamı Müqtəda əs-Sədrin tərəfdarları Bağdadın dövlət idarələrinin və xarici səfirliklərin yerləşdiyi “yaşıl zona”nı zəbt edərək, Respublika Sarayını mühasirəyə alıb və binaya daxil olublar. İndiyədək təhlükəsizlik qüvvələri şəhərin bu ərazisini etirazçılardan təmizləyə bilməyib. Atışma səsləri və minaatan mərmilərinin partlaması vaxtaşırı eşidilir", - deyə məlumatda bildirilir.
"Ölkə ərazisində komendant saatı elan edilib, nizami ordunun bölmələri Bağdada göndərilir. İraq hökuməti çətin təhlükəsizlik vəziyyəti ilə əlaqədar çərşənbə axşamı günü qeyri-iş günü elan edib", - deyə qeyd edilir.
Qeyd edək ki, bir sıra dövlətlər, o cümlədən Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama yayaraq vətəndaşlarına İraqın paytaxtı Bağdada səfər etməmələri barədə xəbərdarlıq edib. Nazirlikdən verilən açıqlamada: “Bağdadda təhlükəsizlik vəziyyətinin pisləşməyə başladığını nəzərə alaraq, vətəndaşlarımıza məcburi şərtlər istisna olmaqla, yuxarıda adı çəkilən şəhərə səyahət etməkdən çəkinmələri tövsiyə olunur. Hazırda İraqda olan vətəndaşlarımızın Bağdadda kütləvi nümayişlərin keçirildiyi yerlərdən uzaq durmaları tövsiyə olunur", - deyə qeyd edilir.
Tarix: 30-08-2022, 10:47
Xəbəri paylaş





Xəbər lenti