Xersonda ağır döyüşlər başladı


Ukrayna ordusunun genişmiqyaslı əks-hücumu nəticəsində Xerson istiqamətində ağır döyüşlər gedir.
 Yenisabah.az “UNIAN”a istinadla xəbər verir ki, avqustun 30-u səhər saatlarına olan məlumata görə,  Xersonda ard-arda partlayış səsləri eşidilib.
“Bir anda bir neçə rayonda tapança və pulemyotlardan, həmçinin, qumbaraatanlardan atəş səsləri eşidildi” – deyə hadisə şahidləri bildiriblər.
Xatırladaq ki, avqustun 29-da Ukrayna Silahlı Qüvvələrin komandanlığı Xerson vilayəti istiqamətində əks-hücumun başladığını rəsmən elan edib. 
Qeyd edək ki, Ukrayna qüvvələrinin irəliləməsi işğal olunmuş ərazilərdə Rusiya hərbi logistikasının məhv edilməsi ilə müşayiət olunur.
Avqustun 30-na olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri beş istiqamətdə - Xarkov, Slovyansk, Baxmut, Avdiivka və Yujnobuzda rusların hücumlarını dəf edib. Avdiivka yaxınlığındakı bəzi ərazilərdə artilleriya atəşinin davam etdiyi bildirilir.
Yerli mətbuat yazır ki, Ukrayna Silahlı Qüvvələrin əks-hücumunun başlamasından sonra Rusiya tərəfi Mikolaivdə dinc əhaliyə yenidən zərbələr endirib.Avqustun 30-u səhər saatlarından Rusiya ordusu Zaporojye istiqamətində hücum edib.
Tarix: 30-08-2022, 11:31
Xəbəri paylaş





Xəbər lenti