Aftafa-kamikadze: İranın hərbi sənayesi özünü biabır etdi - Şounun barıtını normadan çox ediblər


Aftafa-kamikadze: İranın hərbi sənayesi özünü biabır etdi
Rusiya ilə bağladığı nəhəng PUA satışı müqaviləsindən ilhamlanan İranın hərbi sənaye rəsmiləri məhsullarını geniş auditoriyaya sərgiləmək qərarına gələrək, ölkədə akkreditasiya olunan hərbi attaşelər və xarici nümayəndələrdən ibarət qonaqları poliqona dəvət edib və... biabır olublar.
Belə ki, çürümüş “PDM-1” və çadırlardan ibarət şərti hədəflərə tuşlanılan “süzən sursat” tipli kamikadze PUA-sı yerə çırpılmazdan öncə meydançada öncədən hazırlanmış və yanacaq detonasiyasını xatırladan böyük partlayış baş verib.

Yavaşladılmış kadrlarda daha aydın görülən və hətta eşidilən odur ki, daxili yanacaq mühərrikinə sahib olan, modeli bilinməyən PUA daşıdığı zərbə başlığına xas olmayan nəhəng partlayışla "qarşılaşır".

Normalda 0.8-1.2 kq partlayıcı maddə daşıya bilən bu tip kamikadze dronlar ya zirehli texnikaya qarşı kumulyativ, ya da yüngül zirehli texnika və şəxsi heyət əleyhinə tətbiq edilən qəlpəli-fuqas zərbə hissəsinə malik olurlar. Sosial şəbəkələrdə yayılan videomaterialda isə açıq-aydın görülür ki, geniş yanacaq (və ya napalm) partlayışının yuxarıda sadalanan zərbə başlıqları ilə heç bir əlaqəsi yoxdur. Bu azmış kimi, partlayış PUA-nın yerə çırpılmasından bir saniyə tez baş verir.

Adamın yadına lap Dərviş Məstəli şah düşür: "Ay axmaq, heç bu qədər də barıt qoyarlar?!.."
AzVision.az
Tarix: 30-08-2022, 14:55
Xəbəri paylaş





Xəbər lenti