Ruslar Xersonda ağ bayraq qaldırıb təslim oldular - Video
Rusiyalı hərbçilər Xerson və Nikolayev vilayətlərinin sərhədində yerləşən Pravdino kəndində ağ bayraq qaldıraraq Ukrayna tərəfinə təslim olublar. Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko məlumat verib. Rusiyalı hərbçilərin təslim olma anı pilotsuz uçuş aparatı vasitəsilə lentə alınıb və bu görüntülər Ukraynanın teleqram kanallarında yayılıb. Sözügedən kadrları təqdim edirik: