İntihara sürüklənən Yunanıstan: Avropa yunan köçünə hazırdırmı...

İntihara sürüklənən Yunanıstan: Avropa yunan köçünə hazırdırmı...

Döyüş təyyarələrinin bir-birinə havada kilidlənməsi, hava döyüşünə hazırlıq kimi xarakterizə olunur və bu, çox zaman güc nümayiş etdirmə məqsədilə istifadə edilir. Yunanıstan bunu tez-tez Egey dənizində TÜrkiyə qırıcılarına qarşı edir, ancaq bunu cəmiyyətə fərqli şəkildə əks etdirir. Hər ikisi də – Türkiyə və Yunanıstan da NATO üzvüdür. Bu çərçivədə müntəzəm uçuşlar, yoxlamalar, missiyalar var. Amma hətta NATO çərçivəsində də yunanlar öz səmalarında türk təyyarəsi görəndə dəhşətə gəlirlər.

Yunan təyyarələri dərhal havaya qalxır vəTürkiyə qırıcılarına qarşı təxribat xarakterli təqiblərə yol verir. Lakin bu təqiblər Yunanıstan ictimaiyyətinə fərqli şəkildə əks olunur. Hazırda Yunanıstan hökumətinin siyasəti Türkiyəyə qarşı düşmənlik üzərində qurulub. Ötən cümə günü Türkiyə bütün Yunan qəzetlərinin manşetlərində yer aldı. Onlar Türkiyənin gərginliyi artırdığını iddia ediblər və özlərinin heç bir təcavüzkar hərəkətə yol vermədiklərini söyləyiblər. Həmçinin, yunanlar türkləri süni radar məlumatları yaratmaqda ittiham edirlər.
Yunan siyasətçiləri və yunan mediası sabitqədəm deyil, eyni zamanda da qorxaqlıq və inkarçılıqda sərhəd tanımırlar. Ən əsası isə etdiklərinin arxasında durmurlar. Yunan qəzetləri Yunanıstan Müdafiə Nazirliyinə “Türkiyəyə qarşı hər hansı S-300 təqibi varmı?” sualını verir və sonra öz nazirliklərinə istinad edərək, məlumatı təkzib edirlər. Əlbəttə ki, Yunanıstanın Müdafiə Nazirliyi “bəli, var, türklərə qarşı təcavüzkar davranış sərgiləyirik” deməyəcək. Yunan hökumətinin həyata keçirdiyi bu siyasətin adı “nəzarət olunan gərginlik” siyasətidir.
Yunanistanın “S-300” təxribatı adi bir hadisə deyil, qarşıdurmadan əvvəlki son addımdır. Bazalarınızda hazır olan döyüş təyyarələri ən kiçik bir təhlükə olanda havaya qalxar. Düşmən təyyarəsi hava məkanına daxil olduqda, əvvəlcə xəbərdarlıq edilər, sonra isə oradan çıxarılar. Düşmən təyyarəsi xəbərdarlıqlara baxmayaraq uzaqlaşmasa, “hava-hava” raketləri işə salınar.
Bir “hava-hava” raketinin qiyməti xüsusiyyətlərindən asılı olaraq 350 min dollarla 3 milyon dollar arasında dəyişir. Avropanın yeni istehsal etdiyi “Meteor” raketləri bunların ən qabaqcıl nümunələri arasındadır. Yunanıstan ehtiyac duyarsa, onlardan istifadə etməlidir. Yaxşı, bəs buna büdcəsi yetəcəkmi? O, bir az şübhəlidir...
Bundan əlavə, Ukraynadan gələn beş milyon qaçqından sonra Avropa yunan qaçqınlarına hazırdırmı?
“TÜBİTAK SAGE” firması Türkiyənin hava-hava raketlərinə olan ehtiyacını ödəmək üçün “Gökdoğan” raketini təkmilləşdirib. Bu ilin sonunda Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək. Raketinizi özünüz istehsal edirsinizsə, qərarlarınızda azadsınız. Əks halda, Yunanıstan kimi Avropanın əlinəbaxım qala bilərsiniz. Yunanıstanın bütün bərbad vəziyyətinə baxmayaraq, hesab etmək olar ki, Avropanın qərarvericiləri hələ yeni münaqişəyə hazır deyillər, çünki hazırda buzlu qışa hazırlaşırlar. Təəssüf ki, Yunanıstan indi sonu bəlli olmayan bir yol tutub və uçuruma doğru irəliləyir. Ancaq bu gedişin intihar olduğunu arxasındakı qüvvələr onu tək buraxacağı zaman öyrənəcək.
Tarix: 4-09-2022, 14:02
Xəbəri paylaş





Xəbər lenti