Medvedev Şolts "dayını" ələ saldı və Almaniyanı Rusiyanın düşməni elan etdi...

Medvedev Şolts
"Rusiya daha enerjidaşıyıcılarının etibarlı tədarükçüsü deyil..." Buna bir bax, yenə də bizdən inciyib..."
  
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev növbəti dəfə Almaniya kansleri Olaf Şoltsı tənqid edərək, bəyan edib ki, Almaniya Rusiyanın düşmənidir.
 
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb.
 
"Rusiya daha enerjidaşıyıcılarının etibarlı tədarükçüsü deyil", - Almaniya kansleri Olaf Şolts bu sözləri həyəcanla səsləndirib. Buna bir bax! Yenə də bizdən inciyib", - Medvedev kanslerin Berlində AFR hakim partiyaları rəhbərlərinin danışıqlarının yekunlarına dair mətbuat konfransındakı çıxışını belə şərh edib.
 
Bundan sonra Medvedev Rusiya ilə Almaniya arasında münasibətlərin durumunu "bəndlər üzrə" təsvir edib.
 
"Almaniya: a) dost olmayan ölkədir; b) Rusiyanın bütün iqtisadiyyatına və vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib; c) Ukraynaya bizim Silahlı Qüvvələrimizə qarşı ölümcül silah tədarük edir.
 
Başqa sözlə desək, Rusiyaya hibrid müharibəsi elan edib. 
 
Deməli, Almaniya RUSİYANIN DÜŞMƏNİ kimi hərəkət edir", - Medvedev bəyan edib.
 
Daha sonra o, iti zəkasını məşq etdirmək qərarına gəlib və köhnə bir lətifə danışıb:
 
"İndi bu dayıcanı təəccüb edir ki, almanlarda qazla bağlı hansısa xirda problemlər var. Sanki uşaq lətifəsində olduğu kimidir: "Onlar hələ də mənim burnumu qurdalamağıma görə dalaşırlar".
 
"Bu, Medvedevin Avropada qazın qiymətinin qalxması ilə bağlı ilk istehzalı şərhi deyil.
 
Avqustun sonunda rusiyalı məmur energetika böhranı ilə əlaqədar bəyan edib ki, Almaniyada yuyunmaq üçün suyu qızdırmağa təkcə Olaf Şoltsun imkanı var.
 
İyulun sonunda Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlim problemləri naziri  Robert Qabek bəyan edib ki, Rusiyanın "Şimal axını" qaz kəməri ilə qaz tədarükünü məhdudlaşdırmaq üçün texniki səbəbləri yoxdur. Məsələ Rusiya hakimiyyətinin xaincəsinə oyunlarındadır.
 
Energetika böhranı Böyük Britaniyada da gözlənilir. Orada polislər cinayətkarlığın artması, ictimai asayişin pozulması və hətta öz sıralarında korrupsiyanın olmasına hazırlıq görülür. 
 
Bu narahatçılıq Britaniyanın qaz və elektrik enerjisi bazarı İdarəsinin məişət hesablarını 80 faiz artırmasından sonra yaranıb.
Tarix: 4-09-2022, 21:45
Xəbəri paylaş





Xəbər lenti