“Biz Rusiyanın sonunun başlanğıcını izləyirik” - ABŞ GENERALI


“Amerika Birləşmiş Ştatlarının hərbi məqsədlərinə Rusiyanın “de-imperializasiyası” daxil edilməlidir”.
Bu barədə təqaüddə olan amerikalı general-leytenant, ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı, İraq və Əfqanıstan müharibələrinin veteranı Ben Hodces “Twitter” səhifəsində bildirib.  
“Düşünürəm ki, bu münaqişədə ABŞ-ın hərbi məqsədləri Rusiyanın “de-imperializasiyası”nı nəzərdə tutmalıdır. Mənə elə gəlir ki, biz bu gün göründüyü kimi, Rusiya Federasiyasının sonunun başlanğıcını izləyirik. Buna hazır olmaq lazımdır. Biz SSRİ-nin dağılmasına hazır deyildik”, - deyə general qeyd edib.
O vurğulayıb ki, Rusiyanın qonşularına qarşı “imperialist müharibələri” Ukraynada başlamayıb.
“İnsanların diqqəti indi Ukraynada cəmləşib, lakin Rusiyanın öz qonşularına qarşı imperialist müharibələri Ukraynada deyil, 2008-ci ildə Gürcüstanda başlayıb. Rusiya Moldovanın bir hissəsini işğal etdi. Onlar indi Ukraynada daha qəddardırlar, Ukraynada daha çox əraziləri zəbt edirlər. Lakin bunların hamısı bir-biri ilə əlaqəlidir, bir bütövün hissəsidir. Rusiyanın hələ də burada olduğunu unutmamalıyıq”, - deyə general əlavə edib.
Mənbələrin məlumatına görə, Rusiya Federasiyasındakı siyasi elita artıq SSRİ-ni “bərpa etmək” planlarının genişləndirilməsinə eyham vurub.
Mənbə: UNIAN
Tarix: 5-09-2022, 15:17
Xəbəri paylaş





Xəbər lenti