Putin də Solovyova dözmədi: "Qoy ağzını yumsun, yoxsa bunu başqaları edəcək..."

Putin də Solovyova dözmədi:
"Bəzi rusiyalı təbliğatçılar öz üzərinə ölkədə başlıca mənəvi senzorlar rolunu götürüb..."
 

Putin Solovyovu söyüb və ağzını yummaq mesajını göndərib?..
 
Rusiya prezidenti Vladimir  Putin məşhur rusiyalı jurnalist və təbliğatçı Vladimir Solovyova sərt mesaj göndərib: "Qoy ağzını yumsun, yoxsa bunu başqaları edəcək".
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiyanın qalmaqallı "General SVR" Telegram-kanalı məlumat yayıb.
 
Post müəllifinin məlumatına görə, Rusiya dövlətinin rəhbəri bu yaxınlarda Rusiya Federasiyası Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirdiyi operativ müşavirənin gedişində dar çərçivədə bir neçə məsələnin müzakirəsi zamanı Solovyovun ünvanına qeyri-normativ leksikadan istifadə edib (rusca "dolb...b").
 
Kanalın yazdığına görə, prezidentə məlumat verilib ki, bəzi rusiyalı təbliğatçılar "öz üzərlərinə ölkədə başlıca mənəvi senzorlar rolunu götürüb və yaradıcı ziyalıların Rusiyaya dönməsi üzrə aparılan işlərə mane olur".
 
Postda deyilir ki, ən çox tənqidə məruz qalan Vladimir Solovyov olub.
 
Qeyd edək ki, Rusiyanın ekspert birliyində "General SVR" kanalının dərc etdiyi informasiyalar birmənalı qarşılanmır.
 
Xəbər verildiyi kimi, bu yaxınlarda Solovyov Rusiyaya dönən Alla Puqaçovanı tənqid atəşinə tutub.
 
"Bu zibili yenidən Rusiyaya nədən daşıyırsınız? - özünün "Solovyov LİVE" proqramında Kreml təbliğatçısı ölkəni tərk edəm ulduzların pərəstişkarlarına müraciət edib. - Hansısa Puqaçova geriyə dönüb, ayaqları ilə "roll-roys"un qapısını açır. Bizə yenidən dərs keçmək istəyir? Axı, kimsə nə zamansa böyük olub deyə tarixin ən mühüm məqamlarında susmasının bu böyüklüyün təsdiqi olduğuna kim qərar verib? O, uşaqlarını məktəbə aparmağa gəlib?  Və ərinin nə çərənləməsindən xəbəri olmayıb və bircə kəlmə deməyib? Pulları qurtarıb?"
 
Solovyov həmçinin artist xanımın gəlişinə "göz yaşları axıdan" və "mütəəssir olan" xalqı da pisləyib.
 
"Nədən rusiyalılar indiyədək heç nəyi anlamayıb? Axı, Puqaçova bu qədər müddətdə Maksim Qalkinin Rusiya haqqında qəzəbli sözlərinə göz yumub..."
 
"Volodyaya yazığım gəlir, - Alla Puqaçova Solovyovun sözlərinə belə münasibət bildirib. - Bu qəzəb və nadanlıqla o, partlaya da bilər".
 
Bundan öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putin müğənni Puqaçovaya "tamamilə normal yanaşır".
 
"Onlar bir-birini tanıyır, dəfələrlə görüşüblər, münasibətləri normaldır", - Peskov Rusiya liderinin Rusiya estradasının primadonnasına necə münasibət göstərməsi barədə sualı cavablandırarkən deyib.
 
"Mən Alla Puqaçovadan bircə bəyanat belə eşiməişəm, amma onun əri çox pis bəyanatlar səsləndirib, biz onunla eyni yolu gedə bilmərik", - SİTA informasiya agentliyi Peskovdan iqtibas gətirib.
Tarix: 6-09-2022, 16:44
Xəbəri paylaş





Xəbər lenti