Rusiyalılara görünməyən iqtisadi sıçrayış vəd edilib...

Rusiyalılara görünməyən iqtisadi sıçrayış vəd edilib...
"İqtisadi möcüzənin açarı yanacaq-energetika kompleksi məhsulunun Qərb əvəzinə Şərqə çıxarılması, sənayenin qismən "dövlət planı" rejiminə keçirilməsidir..."
 

"2030-cu ildə Rusiyanın ÜDM-i 2021-ci il səviyyəsini 17 faiz üstələyəcək..."
 
"Bu il Rusiya ÜDM-nin 2, 9 faizini itirəcək, növbəti ildə azalma davam edəcək, lakin 2024-cü ildə görünməyən artım başlayacaq..."
 
Rusiya iqtisadiyyata tətbiq edilən sanksiyalara görə dünya lideri olandan sonra, nəhayət ki, düz yol seçib. 2030-cu ildə Rusiyanın ÜDM-i 2021-ci ilin səviyyəsini 17 faiz üstələyəcək.
 
Moderator.az xəbər verir ki, bunu Rusiyanın iqtisadiyyat və inkişaf naziri Maksim Reşotnikov Şərq iqtisadi forumunun yekun strateji sessiyasında çıxışı zamanı söyləyib.
 
Onun sözlərinə görə, hadisələrin bu cür inkişafı nazirlik tərəfindən hazırlanan böhranın aradan qaldırılması üzrə tədbirər paketi çərçivəsində məqsədli "sürətəndirilən adaptasiya" ssenarisinin gerçəkləşəcəyi təqdirdə mümkündür.
 
O, məlumat verib ki, sanksiyalar şəraitində bu il Rusiya ÜDM-in yalnız 2, 9 faizini itirəcək, bu, pandemiya zamanı olduğundan (2020-ci ildə 3 faiz) azdır.
 
Növbəti ildə azalma davam edə bilər, lakin artıq 2024-cü ildə görünməyən artım başlayacaq, nazirliyin dəyərləndirməsinə görə, 7 il ərzində 20 faiz təşkil edəcək.
 
"Vedomosti" qəzetinin məlumatına görə, iqtisadi möcüzənin əsas açarı yanacaq-energetika kompleksi məhsulunun Qərb əvəzinə Şərqə çıxarılmasıdır.
 
Həmçinin bu "resept"də sənayenin qismən "dövlət planı" rejiminə keçirilməsi də nəzərdə tutulub.
 
Hələlik Rusiya idxaldan kritik olaraq asılıdır, bir sıra hallarda onu əvəzləmək mümkün deyil, bunu "Bloomberg" nəşri yazıb.
 
Nəşrin məlumatına görə, ekspertlər Rusiya hökumətinə sanksiyaların nəticələrinin üç ssenarisini özündə əks etdirən məruzə təqdim edib, hər biri ən azı 2024-cü ilədək ÜDM-in artımını istisna edir.
 
Forumun dəhlizlərində Reşotnikovun bu proqnozları "qorxulu" adlandırılıb.
 
"Biz həmişə müxtəlif ssenariləri hesablamışıq və hesablayırıq". "Dünyanın bütün qorxuları" ssenarisi var. Amma anlamaq lazımdır ki, biz bu ssenarilərdən o cümlədən bu və ya digər proqlamların gerçəkləşdirildiyi və ya gerşəkləşdirilmədiyi zaman nə baş verəcəyini müqayisə etmək üçün isfifadə edirik. Bu ssenarilərə haradasa "işçi qorxular" kimi yanaşmaq lazımdır", - nazir bəyan edib.
 
Reşotnikovun sözlərinə görə, agentlik tərəfindən dərc edilən ssenarilər analitik hesablamalardır və hakimiyyət tərəfindən "biz müqavimət göstərməyəcəyimiz və heç nə etməyəcəyimiz halda" nə baş verəcəyini hesablamaq üçün istifadə edilib.
 
Bu arada isə Rusiya hökuməti "müqavimət" göstərilməsi üçün bir sıra tədbirlər görməkdədir. 
 
Məsələn, yaxın zamanlarda rusiyalıları qazın qiymətinin bahalaşması gözləyir. 
 
Dövlət Dumasına bütün qazlaşdırılan mənzillərə və evlərə analizatorların və digər nəzarət avadanlığının mütləq quraşdırılması barədə qanun layihəsi tədqim edilib.
 
Təbii ki, quraşdırma və cihazlara qulluğun ödənişi istehlakçıların üzərinə düşəcək.
 
Həmçinin ilin sonunadək Rusiyada strateji mühüm mallar və resurslar siyahısına daxil ediləcək sidr qozunun (кедровый орех) dövriyyəsinə nəzarət tətbiq ediəcək.
 
Bu barədə həmin forumda Rusiyanın təbiət naziri Aleksandr Kozlov danışıb.
Tarix: 6-09-2022, 22:36
Xəbəri paylaş





Xəbər lenti