ŞOK İDDİA! Trampın evindən xarici ölkənin ÇOX MƏXFİ nüvə sənədləri tapıldı


Ötən ayın əvvəlində ABŞ-ın keçmiş prezidenti Donald Trampın evinə FTB basqınının əks-sədası hələ də gəlməkdədir. “Washington Post” Trampın evində tapılan bəzi sənədlərlə bağlı sensasion iddia irəli sürüb...

Amerikanın “Washington Post” qəzeti ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı evində axtarış zamanı Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları tərəfindən ələ keçirilən sənədlər arasında adı açıqlanmayan xarici ölkənin nüvə silahına dair çox məxfi dosyenin olduğunu yazıb.
Musavat.com xəbər verir ki, qəzet dosyenin hansı ölkənin nüvə potensialı ilə əlaqəli olduğunu, bu ölkənin ABŞ-a dost və ya düşmən sayıldığına dair heç bir ipucu vermir.
FTB sözçüsü “Washington Post”da dərc olunan hesabatı şərh etməyib. Trampın sözçüləri və vəkilləri də hələlik sualları cavablandırmayıb.

Xatırladaq ki, FTB agentləri avqustun 8-də Trampın Mar-a-Laqodakı evində axtarış aparıb, 11 mindən çox rəsmi sənəd və fotoşəkil tapıblar.
“Washington Post”un xəbərinə görə, ələ keçirilən sənədlərdən bəziləri ABŞ-ın ən gizli əməliyyatlarının təfərrüatlarını özündə ehtiva edir və bu əməliyyatlar nəinki "ən məxfi" sayılır, hətta bunları yalnız çox xüsusi icazəsi olan insanlar görə bilir.
Hesabata görə, tapılan sənədlər o qədər məxfi və o qədər az adam üçün əlçatandır ki, hətta Bayden administrasiyasının ən yüksək səviyyəli milli təhlükəsizlik məmurlarından bəzilərinin onlara baxmasına icazə verilmir.
Qeyd edək ki, ABŞ Ədliyyə Departamenti keçmiş prezident Donald Trampın 2021-ci ilin yanvarında Ağ Evdən çıxarkən özü ilə hökumət sənədlərini götürməsi və Floridadakı evinə aparması ilə bağlı ittihamları araşdırır.
Tarix: 7-09-2022, 17:31
Xəbəri paylaş





Xəbər lenti