"Körpülərin dağıdılması Rusiyanın əsas planlarını pozur" - Kəşfiyyat

"Körpülərin dağıdılması Rusiyanın əsas planlarını pozur" - KəşfiyyatKrım körpüsü

Ukrayna Silahlı Qüvvələri hərbçilərinin Xerson vilayətində Dneprdəki Rusiya keçidlərinə dəqiq zərbələr endirməsi rus işğalçılarının ehtiyat - gücləndirmə imkanlarını çətinləşdirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
"Xerson vilayətində Ukrayna briqadaları hücum əməliyyatlarını davam etdirir. Ukrayna çox güman ki, yaxınlıqdakı avtomobil körpüsünə ciddi ziyan vurduqdan sonra Rusiya qüvvələrinin yerləşdirdiyi Daryevkada hərbi ponton körpüsünü dağıdıb. Daryevka keçidi Dnepr çayı boyunca rus hərbi mövcudluğunun şimal və cənub sektorları arasında əsas marşrutlardan biridir", - deyə kəşfiyyatın verdiyi məlumatda qeyd edilir.
“Həssas keçid məntəqələrinə vurulan sistemli dəqiq zərbələr, çox güman ki, Rusiya qüvvələrinə təzyiq göstərməyə davam edəcək, çünki onlar Ukraynanın hücumlarının qarşısını almağa çalışır, onların əməliyyat ehtiyatlarını yerləşdirmək, şərqdən texnika və canlı qüvvə daşımaq imkanlarını çətinləşdirir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri rus işğalçılarına layiqli cavab verir. Xüsusilə, Xerson yaxınlığındakı bir sıra körpülər, xüsusən Antonovski, Darevski və Kaxovski sıradan çıxarılıb. Bu, işğalçıların maddi-texniki təminatını xeyli təsir edib. Ruslar alternativ keçidləri təchiz etməyə çalışırlar, lakin buna nail ola bilmirlər. Xüsusilə, Xerson vilayətində işğalçıların və hərbi texnikanın olduğu keçid məhv edilib”, - deyə məlumatda bildirilir.
"Avqustun 29-da Ukrayna hərbi komandanlığı cənubda əks-hücumun başladığını rəsmən elan edib. Tez nəticələr əldə etmək mümkün olmayacaq, çünki Ukrayna Silahlı Qüvvələrinin məqsədi, ilk növbədə, işğalçıların logistik qovşaqlarını məhv etmək, Rusiya Federasiyası qoşunlarının "zəif nöqtələrini" axtarmaqdır. Müharibə Tədqiqatları İnstitutunun analitiklərinin fikrincə, bu addımlar Rusiya qrupunun potensialını məhv edir və Kremlin planlaşdırdığı “referendum”un keçirilməsinə əngəl olacaq", - kəşfiyyat bildirir.
Hərbi ekspert Konstantin Maşovetsin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Xersona doğru “orta və rəvan” irəliləyiş nümaş etdirir. “Döyüşlər davam edir, Ukrayna Silahlı Qüvvələrinin də hücumu davam edir. Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin hücumları yavaş templə gedir, lakin onlar kifayət qədər inamlı və rəvan addımlarla Xersona doğru irəliləyir”, - Maşovets deyir.
Tarix: 8-09-2022, 15:13
Xəbəri paylaş





Xəbər lenti