ABŞ "Kral Arturun qılıncı"nı Ukraynaya göndərdi - FOTO


 664 
Pentaqon özünün ən dəqiq və "GPS"lə idarə olunan "Excalibur" artilleriya mərmilərini Ukraynaya göndərib.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd edək ki, daha öncə Pentaqon yüksək dəqiqliyi ilə seçilən bu mərmilərin Ukraynaya verilməsiylə bağlı xəbərləri təsdiqləmirdi.
2 metr radiusda hədəfi vura bilən və peyklə idarə olunan mərmilər ilk dəfə İraqda 2007-ci ildə "Əl-Qaidə" lideri Əbu Cur və onun dəstəsinin məhv edilməsi zamanı istifadə olunub.
Müdafiə Nazirliyi Konqres tərəfindən təsdiqlənmiş büdcədən Ukraynaya "M982 Excalibur" sursatlarını vermək üçün 92 milyon dollar ayıracaq.
34d3f5d0-e864-470f-9bff-7e9e552344a5.jpg (13 KB)
"Raytheon Missiles and Defense" və "BAE Systems Bofor" şirkətlərinin birgə istehsalı sayılan həmin mərmilər 155 mm-lik haubitsalarda istifadə olunur. Sənədlərə əsasən, mərmilərin uçuş məsafəsi 40,5 km-dir.
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Mark Kançian ABŞ-ın 900 "Excalibur" mərmisinə görə büdcədən əlavə 92 milyon dollar ayırdığını qeyd edib.
"Bu, həm də ABŞ-ın qabaqcıl silahları Ukraynaya verməyə başlamasını göstərir", - deyə Kançian bildirib.
Xəbər verdiyimiz kimi, bu gün Pentaqon Ukraynaya 675 milyon dollar dəyərində yeni silah partiyasının tədarükünün həyata keçirildiyini elan edəcək.
Tarix: 8-09-2022, 17:15
Xəbəri paylaş





Xəbər lenti