“ABŞ Rusiyaya silah idxalı olan bütün çıxışları bağlayıb” - Blinken




ABŞ sistemli şəkildə Rusiya Federasiyasının silah idxalına çıxışını bağlayır və təzyiq siyasətini davam etdirəcək.
APA-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.


“İndi Moskva hərbi dəstək üçün artıq Şimali Koreya və İrana müraciət edir. Çünki biz sistematik olaraq onların idxala çıxışına təzyiqi davam etdirəcəyik”, - deyə Vladimir Zelenskinin “Telegram” kanalında Blinkenin sözlərindən sitat gətirib.
Bu bəyanat siyasətçilərin görüşündən sonra verilib.
Qeyd olunub ki, ABŞ bu siyasəti Ukraynaya qarşı təcavüz dayanana qədər davam etdirmək niyyətindədir.
Tarix: 9-09-2022, 10:16
Xəbəri paylaş





Xəbər lenti