Ukraynaya verilən silahlar BMT-də ABŞ və Rusiyanı qarşı-qarşıya gətirdi


Ukraynaya verilən silahlar BMT-də ABŞ və Rusiyanı qarşı-qarşıya gətirdiHİMARS raket sistemi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Ukrayna üzrə ardıcıl üçüncü iclasında ABŞ və Rusiya üz-üzə gəlib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzyanın sözlərinə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin Qərb silahlarının münaqişənin gedişatını dəyişəcəyi və ölkəsinə qələbə gətirəcəyi ilə bağlı açıqlamaları “boş fantaziyalardır”.
Qərb silahlarının döyüş meydanında həlledici rol oynamadığını əsas gətirən Nebenzya qeyd edib ki, Rusiya ordusu təkcə Ukraynanın istifadə etdiyi köhnə sovet dövründən qalma silahları deyil, müasir NATO silahlarını da məhv edib.
ABŞ-ın BMT-dəki səfirinin müavini Riçard Mills isə Rusiyanın ABŞ və Qərbin Ukraynada müharibəni artırması və uzatması ilə bağlı iddialarının “yanlış” olduğunu bildirib və deyib: “Bunlar Moskvanın dünyada yeganə təcavüzkar olması faktına əsaslanır. Lazımsız və amansız bir döyüş üçün dünya toplu olaraq bunun bədəlini ödəyir. Bütün bunlar dünyanın diqqətini yayındırmaq üçün gülünc cəhdlərdir",- deyə ABŞ-ın BMT-dəki səfirinin müavini Riçard Mills bildirib.
Heç kimin öz ölkəsinin tarixinə və kimliyinə hücum edilməsinə, şəhərlərinin bombalanmasına və torpaqlarının alınmasına icazə verməyəcəyini qeyd edən Mills “belə bir açıq təcavüz qarşısında beynəlxalq dəstək istəyəcəyik” deyə vurğulayıb.
Tarix: 9-09-2022, 17:24
Xəbəri paylaş





Xəbər lenti