Kral III Çarlz oğlu Uilyama Uels şahzadəsi titulunu verib



Çarlz: "Ona uzun müddət daşımaq şərəfinə nail olduğum Uels şahzadəsi titulunu verirəm"
Böyük Britaniya kralı III Çarlz böyük oğlu, taxt-tacın varisi Uilyama Uels şahzadəsi titulu verib.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə kral xalqa ilk televiziya müraciətində bildirib.
“Bu gün mən fəxrlə elan edirəm ki, ona (Şahzadə Uilyam) uzun müddət daşımaq şərəfinə nail olduğum Uels şahzadəsi titulunu verirəm”, - III Çarlz deyib.
O əlavə edib ki, Uilyamın həyat yoldaşı Keyt Uels şahzadəsi titulunu alıb.
Tarix: 10-09-2022, 08:54
Xəbəri paylaş





Xəbər lenti