Gecə düşür, Rusiyanın Ədliyyə Nazirliyi oyanır - "Xarici agentlər" siyahısının axşam əlavələri...

Gecə düşür, Rusiyanın Ədliyyə Nazirliyi oyanır -

Rusiyada "xarici agent" ovu davam edir...
Rusiyanın Ədliyyə Nazirliyi "xarici agentlər" olan fiziki şəxslərin və KİV-nümayəndələrinin siyahısını yeniləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
 
Kütləvi informasiya vasitələrinin siyahısına dörd yeni əlavələr edilib.
 
Bu siyahıya tarixçi və siyasi analitik Valeri Solovyov, "Uralda Yenih qəzet"in ştatdankənar müxbiri Yelena Şukayeva, "Azadlıq" radiosunun jurnalisti Andrey Afanasyev və əvvəllər fiziki xarici agentlər siyahısına salınan Miti Aleşkovskinin təşkilatı olan "Zənglərin zamanı" ASC düşüb.
 
Bu gündən Aleşkovskinin kompaniyasını onun anası, tarixçi və bloger Tamara Eydelman təmsil edəcək.
 
Bu siyahıya həmçinin "Novaya qazeta"nın jurnalisti Yuliya Latınina və onun həmkarı, araşdırmaçı Maykl Naki də əlavə edilib.
Tarix: 10-09-2022, 10:04
Xəbəri paylaş





Xəbər lenti