"Putin bu müharibədən qırılmiş dişlərilə çıxacaq..."


"Putinin törətdiyi frontal müharibə nəticəsində 10 milyon insan yaşayış yerini tərk edib..."
"Ukrayna ordusu getdikcə güclənəcək və Rusiya ordu  hissələrini dənləyəcək..."
 
2014-cü ildə Donbasdan olan 2 milyon qaçqın böyük təsir bağışlayıb. İndisə Putin frontal müharibə törədib və nəticədə 10 milyon insan öz yaşayış yerini tərk edib. Kremlin "azad etdiyi"  ərazilərdən əhali kütləvi surətdə qaçıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "9-cu kanal" nəşrində dərc edilən müəllif məqaləsində deyilir.
 
Putinin heç bir müharibə planı yoxdur, çünki o, elə bir vəziyyətə düçar olub ki, Ukrayna hərbçiləri getdikcə, həm də üstün taktiki xüsusiyyətləri olan silahlarla güclənir. 
 
Ukrayna ordusu bundan sonra da silahlanacaq və işğal edilən ərazilərdə dayanan Rusiyanın ordu hissələrini dənləyəcək.
 
"Ayrıcı xətt" heç nəyi dəyişməyəcək, o, atəşin dayandırılmasına gətirib çıxarmayacaq. Ukrayna Silahlı Qüvvələri raket komplekslərinə malik olaraq, dislokasiya yerlərinə, anbarlara, rabitə qovşaqlarına sonsuzluğadək zərbələr endirəcək. Rusiyanın itkiləri durmadan artacaq. Bu zaman sanksiyalar genişlənəcək, məhdudlaşdırıcı tədbirlər güclənəcək.
 
Kremlin törətdiyi təcavüz təkcə 2014-cü ildə işğal etdiyi ərazilərdə deyil ("DXR", "LXR", Krım), həm də Rusiya ilə həmsərhəd olan ərazilərdə diversiya əməliyyatları və bazalara zərbələr endirilməsinə rəvac verib. İndi 2014-2015-ci illərdəki vəziyyətə dönmək mümkün deyil.
 
Putinin sentyabrdakı "biz hələ heç nəyə başlamamışıq" istehza dolu bəyanatı apreldəki kimi səslənmir. Çünki Putin "başlaya" da bilmir. Gözlənilməzlik amili olmadığından və Ukraynanın qlobal yekdil dəstəyi olduğundan bu, belədir. Ona görə də o, indi yalnız yüz minlərlə hərbçisini bada verə bilər.
 
Ona görə də sual yaranır-Kreml hara gedir?
 
Hər şeydən göründüyü kimi, Putin bu müharibədən qırılmış dişlərilə çıxacaq.
 
Müəllif: Aleksandr Morozov
Tarix: 10-09-2022, 10:11
Xəbəri paylaş





Xəbər lenti