Ukrayna ordusunun uğurlu hücumu: Kreml “Referendum”u təxirə saldı
Ukrayna ordusunun Xarkovdakı uğurlu hücum əməliyyatlarından sonra Moskva işğal olunmuş ərazilərdə qondarma “referendum”ların keçirilməsini təxirə salıb.Bu barədə “Meduza” nəşri məlumat yayıb.
“Xarkov və Zaporojye vilayətlərində işləyən Kremlin siyasi texnoloqları Rusiya tərəfdən geri çağırılıblar. Xerson vilayətində isə siyasi texnoloqlar hələ də qalıblar”, – məlumatda qeyd olunub.
Tarix: 11-09-2022, 22:14