İrəvanda ruslar Putin rejimi və müharibə əleyhinə növbəti etiraz aksiyası keçirdi...-VİDEO

İrəvanda ruslar Putin rejimi və müharibə əleyhinə növbəti etiraz aksiyası keçirdi...-VİDEO
Dünən - sentyabırn 12-də Ermənistan paytaxtında rusların Rusiyadakı Putin rejimi və Ukraynaya təcavüz əleyhinə növbəti etiraz aksiyası keçirilib.
 Moderator.az xəbər verir ki, bu haqda  "Azadlıq" radiosunun erməni bürosu("Azatutyun") məlumat yayıb. 

 
Mıəlumata görə, “Putin qatildir” şüarını götürən İrəvan polisi rusiyalı nümayişçilərə "Azatutyun" meydanında Rusiya-Ukrayna müharibəsinə qarşı etirazlarını davam etdirməyə icazə verib.
 
“Mən buraya ermənilərə baş verənləri izah etmək üçün gəlmişəm, bu gün Rusiyada biabırçılıq hökm sürür. Putin rejimi Rusiyanı məhv edir, Vətənimizi məhv edir, qonşu ölkəni məhv edir. Bütün dünya üçün təhlükəlidir. Niyə Ermənistanda bu haqda danışırıq, çünki burada çoxları Putini dəstəkləyir, onların Rusiyada nə baş verdiyindən xəbərləri yoxdur. Biz isə Putinin şər olduğunu söyləmək üçün buradayıq”, - etirazçılardan biri deyib.
 
Mitinqin təşkilatçısı Yuri Alekseyev bugünkü aksiya ilə bağlı İrəvan meriyasını xəbərdar edib. Meriya aksiyaya icazə verib, lakin "Azatutyun" meydanından Rusiyanın Ermənistandakı səfirliyinə yürüşü qadağan edib.
 
Etiraz aksiyası Azadlıq meydanında “Putin Haaqa məhkəməsində mühakimə olunmalıdır”, "Putin Rusiyanı satıb", “Siyasi məhbuslara azadlıq”, “Monarxiya müharibədir”, “Müharibəyə yox” şüarlarının dalğalanması ilə davam edib.


Tarix: 13-09-2022, 09:03
Xəbəri paylaş





Xəbər lenti