Putin uğursuzluqları gizlətməkdə çətinlik çəkir - Ağ Ev

Putin uğursuzluqları gizlətməkdə çətinlik çəkir - Ağ EvAğ Ev, Vaşinqton, ABŞ

Ağ Ev əminliklə deyə bilməz ki, Ukrayna Silahlı Qüvvələrinin son nailiyyətləri müharibədə böyük dönüş nöqtəsidir, lakin onlar Ukrayna ordusunun nailiyyətləri ilə bağlı son hesabatları “təsirli” adlandırırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə "CNN" ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbiyə istinadən məlumat yayıb.
Xüsusilə, Kirbi əsas dönüş nöqtəsi kimi Ukrayna qüvvələrinin sürətlə irəliləməsi haqqında "bu gün dəqiq danışa biləcəyimizi" bilmədiyini söylədi: "Ancaq açıq-aydın, bu, şübhəsiz ki, təsirli hərbi hesabatlardır", - deyə Kribi qeyd edib.
Eyni zamanda, o qeyd edib ki, Birləşmiş Ştatlar Ukraynanı uğur qazanmaq üçün lazım olan alətlər və imkanlarla təmin etməyə davam edəcək.
Kirbi Ukrayna Silahlı Qüvvələrinin əməliyyatlarının ruslara təsir etdiyini və onları geri çəkilməyə və işğal olunmuş əraziləri tərk etməyə məcbur etdiyini bildirib.
Kirbidən Rusiya prezidenti Vladimir Putinə qarşı reaksiyanın nə dərəcədə əhəmiyyətli ola biləcəyi ilə bağlı suala Ağ Evin sözçüsü belə cavab verib. “Rusiya lideri Ukraynadakı uğursuzluqlarının miqyasını rus xalqından gizlətməkdə getdikcə daha çox çətinlik çəkir. Uğursuz əməliyyatlara görə əlbətdə, Putinin komandası hesabat verməlidir. Bu, indi cəbhədə baş verən hadisələr fobunda dövlət başçısı üçün çox çətindir, gizlətmək də mümükün deyil”, - deyə o qeyd edib.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl demişdi ki, sentyabrın əvvəlindən Ukrayna hərbçiləri Ukraynanın 6 min kvadrat kilometrdən çox ərazisini azad edib.
Tarix: 13-09-2022, 09:11
Xəbəri paylaş





Xəbər lenti