Lavrov "faşist Rusiyası"ndan danışan Borreldən izahat tələb etdi


“Moskva Brüsseldən Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Xosep Borrelin “faşist Rusiyası” ilə bağlı açıqlamalarının stenoqramını almayıb və buna görə izahat tələb edir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı, sentyabrın 13-də Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, daha öncə Kremlin sözçüsü Dmitri Peskov “Borrellin bu sözü sərf etməklə özünü diplomat kimi sıfırladığını” söyləmişdi. Rusiya liderinin mətbuat katibinin sözlərinə görə, indi onun Rusiya ilə bağlı mülahizələrinin heç bir ağırlığı ola bilməz.
Avropa İttifaqının xarici xidmət rəhbərinin ofisinin nümayəndəsi Piter Stano isə Cosep Borrelin Rusiyanı faşist dövləti adlandırmadığını və bunu tərcümə xətasından qaynaqlandığını söyləyib.
Tarix: 13-09-2022, 21:53
Xəbəri paylaş





Xəbər lenti