Paşinyandan çağırış: “Hərbi komissarlığa müraciət etsinlər”


Ermənistan Baş naziri səfərbərliyə ehtiyac olmadığını açıqlayıb
Ermənistanda könüllülərin hərbi komissarlıqlara müraciət etmələrinə çağırış edilib. Qərar Ermənistan Təhlükəsizlik Şurası tərəfindən verilib.
AYNA-nın xəbərinə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Əllərinə silah götürmək istəyənlər adi qaydada yerli hərbi kommisarlığa müraciət edə bilərlər”, - deyə Baş nazir söyləyib.
Paşinyan onu da qeyd edib ki, ölkədə səfərbərlik elan etməyə ehtiyac yoxdur.
Tarix: 16-09-2022, 14:06
Xəbəri paylaş





Xəbər lenti