Zaporojye AES yenidən Ukraynanın elektrik şəbəkəsinə qoşulub



Mühəndislər Rusiyanın atəşindən sonra zədələnmiş dörd əsas xarici elektrik xəttindən birini təmir ediblər
Zaporojye Atom Elektrik Stansiyası (AES) yenidən Ukraynanın elektrik şəbəkəsinə qoşulub. AYNA xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) öz “Twitter” səhifəsində məlumat yayıb.
Bildirilir ki, mühəndislər Rusiyanın atəşindən sonra zədələnmiş dörd əsas xarici elektrik xəttindən birini təmir ediblər. Lakin AES-də vəziyyət hələ də təhlükəlidir.
“Ukraynanın “Enerqoatom” şirkəti AES-in elektrik xətlərinin təmiri üçün ehtiyat hissələri, eləcə də zavodun ehtiyat enerjisi kimi istifadə oluna bilən qəza dizel generatorları üçün əlavə yanacaq tədarükünü elan etdiyi gün 750 kV-luq xətt bərpa edildi”, - deyə məlumatda qeyd edilib.
MAQATE Rusiya işğalçı qoşunlarının stansiyadan çıxarılmasında israr etməkdə davam edir: “Son bir həftə ərzində AES-də elektrik enerjisi ilə bağlı vəziyyətin yaxşılaşmasına baxmayaraq, vəziyyət hələ də qeyri-sabitdir və biz AES-də nüvə təhlükəsizliyi və mühafizəsi zonasının təcili yaradılmasına yönəlmiş müvafiq tərəflərlə məsləhətləşmələrə başlamıçıq”.
Qeyd edək ki, bu il martın 4-də rus işğalçıları Enerqodar şəhərini və onun yanında yerləşən AES-i ələ keçirdilər. Bu, Avropanın ən böyük, dünyada isə üçüncü AES-dir. Stansiya Ukraynanın vahid enerji sistemində işləyirdi, lakin işğalçıların atəşə tutması səbəbindən enerji söndürülüb.
Xatırladaq ki, bu həftə MAQATE Rusiyanı öz qoşunlarını stansiya ərazisindən çıxarmağa çağıran qətnamə qəbul edib.
Moskva standart qaydada qoşunlarını və texnikasını Zaporojye AES-in ərazisindən çıxarmaqdan imtina edib. Onlar iddia edirlər ki, stansiyada guya yalnız mühafizəçilər var.
Tarix: 18-09-2022, 22:51
Xəbəri paylaş





Xəbər lenti