Marin Le Pen: “Aİ imperiya siyasəti aparır”


 
Fransa parlamentinin aşağı palatasının “Milli Birlik” fraksiyasının lideri Marin Le Pen Parisin anti-Rusiya sanksiyalarında iştirakını geosiyasi səhv adlandırıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, partiyasının konfransında danışıb.
“Fransa Rusiyaya qarşı axmaq və düşünülməmiş sanksiyalarda iştirak etməklə geosiyasi səhvə yol verdi”, - deyə Marin Le Pen bildirib.
Le Penin fikrincə, Avropa İttifaqı imperiya siyasəti aparır:
“Brüsselin təhlükəli və döyüşkən mövqeyi üzv ölkələrdə milli maraqları üstün tutan qüvvələr tərəfindən getdikcə daha çox rədd edilir”.
Radikal siyasətçinin rəyinə görə, bu tendensiya İsveç, İtaliya və Niderlanddakı seçicilərin əhval-ruhiyyəsində də müşahidə olunur. O, Fransada bu ilin iyun ayında keçirilən seçkilərdə partiyasının 80 seçki dairəsində mandat qazandığını xatırladıb:
“Bu, partiyanın mövcud olduğu 50 il ərzində bizim ən böyük uğurumuz sayılır”.
Tarix: 18-09-2022, 23:15
Xəbəri paylaş





Xəbər lenti