İrəvanda ARA QARIŞDI - Ölən hərbçilərin valideynlərinin 37 nəfəri SAXLANILDI - FOTO/VİDEO


Ermənistanda yenə ara qarışıb. 
KONKRET.az xəbər verir ki, bu gün Ermənistanda Müstəqillik günü münasibətilə Nikol Paşinyanın “Yerablur” hərbi panteonuna gəlişi gözlənilirdi.
Paşinyanın gəlməsinin qarşısını almaq üçün panteona ölən əsgərlərin valideynlərini gəlməyə başlayıb.
Valideynlər “Biz istəmirik ki, o, bizim uşaqlarımızın məzarını ləkələsin”, “Nikol xaindir”, deyə qışqırıblar.
Ölən hərbçilərin valideynləri “Yerablur”da hakimiyyət orqanlarının qoyduğu bütün çələngləri əzib otların üzərinə atıblar.
Onlar Dövlət Dumasının deputatlarının da Yerablura gətirdiyi əklilləri sındırıblar.
“Yerablur” panteonunda keçirilən etiraz aksiyasının iştirakçılarından 37 nəfər hərbçi valideyni saxlanılıb.
Bu barədə Ermənistan polisi məlumat yayıb.






Tarix: 21-09-2022, 13:34
Xəbəri paylaş





Xəbər lenti