İranla Rusiya dəyəri 40 milyard dollardan çox neft və qaz sazişi imzalayıb


İranla Rusiya dəyəri 40 milyard dollardan çox neft və qaz sazişi imzalayıb.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Cavad Ouci bildirib.
 
“Biz Rusiya ilə yataqların işlənməsi üçün 4 milyard dollar dəyərində anlaşma memorandumu, həmçinin qaz kəmərlərinin və mayeləşdirilmiş təbii qazın (LNG) istehsalı üçün qurğuların tikintisinə dair 40 milyard dollar məbləğində saziş imzalamışıq”, - nazir deyib.
 
Bundan əvvəl neft nazirinin müavini Əhməd Əsədzadə qeyd edib ki, Rusiya İran ərazisində yerləşən altı neft və iki qaz yatağının işlənməsinə başlamaq niyyətindədir.
Tarix: 10-10-2022, 08:31
Xəbəri paylaş





Xəbər lenti