Rusiya Kiyevi və daha üç vilayəti bombalayıb, ölən və yaralananlar var - YENİLƏNİB 2


 
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb.
Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.

****

Ukraynanın paytaxtı Kiyevlə yanaşı, ölkənin üç vilayətində partlayışlar törədilib.
Musavat.com "RBK Ukrayna"ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında Jitomir, Xmelnitsk və Ternopol vilayətlərində də partlayış baş verib.
Eyni zamanda Odessaya da bir neçə raketin atıldığı bildirilib.
****
Hazırda Kiyevdə partlayışlar davam edir. Paytaxtda bütün yeraltı stansiyalar sığınacaq olaraq istifadə olunur və qatarların hərəkəti dayandırılıb.

 
****
Rusiya qoşunları bu dəqiqələrdə Ukraynanın paytaxtını ağır raket atəşinə məruz qoyur.
Musavat.com xəbər verir ki, məlumatı Kiyev şəhərinin meri Vitali Kliçko da təsdiq edib.
Lakin Kliçko hələlik dağıntılar və xəsarət alanlar barədə məlumata malik olmadıqlarını bildirib.

 
Tarix: 10-10-2022, 11:02
Xəbəri paylaş





Xəbər lenti