“Gürcü arzusu” parçalanır: deputatlar “Xalqın gücü”nə keçdilər



Qaribaşvili: "Bu gün ölkədə demokratiya var, bu, onların konstitusion hüququdur"
“Bu gün ölkədə demokratiya var və istənilən şəxs bu və ya digər təşkilata, birliyə üzv ola bilər”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hakim “Gürcü arzusu”ndan deputatların çıxmasına münasibət bildirərkən deyib.
Baş nazir bildirib ki, bu, onların konstitusion hüququdur: “Mən artıq 2-3 dəfə bu məsələni ətraflı şəkildə şərh etmişəm. Eyni məsələ barədə təkrar-təkrar danışmaq məncə, maraqlı deyil. Sizə deyim ki, bu gün ölkədə demokratiya var, istənilən şəxs arzusu olan bu və ya digər təşkilata, birliyə üzv ola bilər. Bu, onların konstitusion hüququdur”.
“Bizim qəti mövqeyimiz, qəti seçimimiz var, bu, Konstitusiyada öz əksini tapmış Avroatlantik inteqrasiyadır. V bu seçimi heç kim dəyişməyəcək. Ona görə də sakit olun”, – Qaribaşvili əlavə edib.
Qeyd edək ki, daha 5 deputat “Gürcü arzusu”nu tərk edərək “Xalqın gücü” Hərəkatına qoşulub. Bununla da, “Xalqın gücü” Gürcüstan Parlamentində 9 deputatla təmsil olunacaq.
Tarix: 10-10-2022, 16:40
Xəbəri paylaş





Xəbər lenti