Putindən xəbərdarlıq: “Cavab sərt olacaq, buna heç kim şübhə etməsin”


Rusiya Prezidenti Ukraynanı terrorda günahlandırdı və hədələdi
Rusiya Prezidenti Vladimir Putin Ukraynanı terrorçuluqda ittiham edib və hədələyib. AYNA Rusiya mediasına istinadən bildirir ki, Putin bu barədə Təhlükəsizlik Şurasının iclasında söyləyib.
“Məlumdur ki, Krım körpüsündə baş verən partlayışın arxasında Kiyev hakimiyyəti dayanır. Məhkəmə-tibbi və digər ekspertizaların məlumatları, eləcə də əməliyyat məlumatları oktyabrın 8-də baş verən partlayışın terror aktı olduğunu göstərir. Bu, Rusiyanın mülki əhəmiyyətli infrastrukturunu məhv etmək məqsədi daşıyan terror hücumudur. Həmçinin aydındır ki, terror aktının sifarişçiləri, təşkilatçıları və icraçıları Ukrayna xüsusi xidmət orqanlarıdır”, - Putin vurğulayıb.
Rusiya Prezidenti Ukraynanı nüvə terroru aktlarında - Zaporojye AES-i atəşə tutmaqda və Kursk AES-də təxribat törətmək cəhdlərində ittiham edib: “Ukrayna hakimiyyəti “Türk axını” qaz nəqli sisteminin bölmələrindən birini partlatmağa cəhd edib. Kiyev rejimi öz hərəkətləri ilə əslində özünü beynəlxalq terrorçu təşkilatlarla, ən iyrənc qruplarla bir sıraya qoyub. Bu cür cinayətləri cavabsız qoymaq mümkün deyil".
“Rusiya qoşunları Ukraynada enerji, hərbi komandanlıq və rabitə obyektlərinə zərbələr vurub. Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt olacaq. Buna heç kimin şübhəsi olmasın", - Putin əlavə edib.
Tarix: 10-10-2022, 16:47
Xəbəri paylaş





Xəbər lenti