Müharibənin qiyməti: Ukraynanı atəşə tutmaq Rusiyaya neçəyə başa gəlir?.. - FOTOLAR

Müharibənin qiyməti: Ukraynanı atəşə tutmaq Rusiyaya neçəyə başa gəlir?.. - FOTOLAR
Oktyabrın 10-da Rusiya qoşunları Ukrayna ərazisini 84 qanadlı raket və 24 pilotsuz uçuş aparatları-kamikadzelərlə atəşə tutub. Onların orta ümumi dəyəri 400-600 milyon dollar təşkil edir.
 

Moderator.az xəbər verir ki, bu barədə "Forbes-Ukraina" nəşri yazıb.
 
Hər tip raketin sayı dəqiq bilinmədiyindən, buraxılan raketlərin dəyəri geniş diapazonda qiymətləndirilir.
 
Bu gün miqyası dəyərləndirilən dünənki atəşlər zamanı rusiyalı hərbçilər "X-101", "X-555", "Kalibr", "İsgəndər", "C-300", " Tornado-C" raketlərindən istifadə edib.
 
"Forbes" hesablamalarını belə güman əsasında aparıb ki, raketlərin əksəriyyəti bahall və yüksək dəqiqli "X-101" və taktiki mənzilli "C-300" və "Tornado-C" olub, qalanları HHM sistemlərinin yayındırılmasına yönəlib.
 

 
Bir "X-101" raketinin dəyəri 13 milyon, "Kalibr" 6, 5 milyon, "İsgəndər" 3 milyon, "Oniks" 1, 25 milyon, "X-22" 1 milyon, "Toçka-U" 300 min dollaradır.
 
10 oktyabrda bütün buraxılan Rusiya dronlarının ümumu dəyəri bir neçə milyon dollardır.
 
Ukrayna qoşunları və HHM sistemləri tərəfindən 13 PUA və 43 raket vurulub.
 

 
Atəşlər nəticəsində 19 ukraynalı həlak olub, daha 105 nəfər yaralanıb.
 
Son istirahət günləri rusiyalı hərbçilər Ukraynanın daha çox şəhərlərini güclü atəşlərə məruz qoyub.
 
"Forbes"in hesablamalarına görə, 25-26 iyunda Rusiya və Belarus tərəfdən ümumi dəyəri 150-220 milyon dollar olan 60-80 uzaqvuran raketlər buraxılıb.
 
Təkcə Kiyevə buraxılan raketlərin dəyəri 50-60 milyon dollar təşkil edib.
 

 
Müharibənin ilk iki ayı ərzində rusiyalılar Ukraynaya 1300 raket buraxıb, "Forbes"in hesablamalarına görə, onların dəyəri 7, 5 milyard dollar təşkil edib.
 
Ukrayna müharibənin yarım ilində (24 fevral-24 avqust) dəyəri 16, 6 milyard olan Rusiya texnikasını məhv edib. 
 
Rusiyalılar 12142 vahid texnika (raketlər sayılmadan), 2000-dək tank, 234 təyyarə və 15 gəmi itirib.
 
Təkcə İlan adasında Rusiya dəyəri 900 milyondan artıq olan texnika itirib.



Tarix: 11-10-2022, 15:32
Xəbəri paylaş





Xəbər lenti