“HÜCUMUN TƏŞKİLATÇISI BUDANOVDUR...” – Rusiya Krım körpüsünə hücumun detallarını açıqladı




“Krım körpüsündə törədilən terror aktının təşkilatçısı Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovdur”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, Krım körpüsündə terror aktının hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib, onlardan 8-i saxlanılıb. Bunlardan beşi Rusiya, üçü Ukrayna və Ermənistan vətəndaşlarıdır.
Qurumun məlumatında o da deyilir ki, terrorun törədildiyi bomba Odessadan Bolqarıstan, Gürcüstan və Ermənistan vasitəsilə göndərilib.
Tarix: 12-10-2022, 10:39
Xəbəri paylaş





Xəbər lenti