Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı Kremldən açıqlama


Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı Kremldən açıqlamaRusiyada səfərbərlik

"Rusiyada yeni səfərbərlik dalğası barədə deyilənlər yanlışdır".

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.
Bir gün əvvəl Rostov vilayətinin qubernatoru Vasili Qolubev özünün "Teleqram" kanalında bölgəyə yeni səfərbərlik tapşırığı aldığını elan edərək, onun icrasına artıq başlanıldığını bildirib. Bundan sonra sosial şəbəkələrdə guya oradan başlayan “ikinci səfərbərlik dalğası” ilə bağlı mesajlar yayılmağa başlayıb.

"Yeni səfərbərlik dalğası yoxdur. Burada hər bir qubernatorla onların nəyi nəzərdə tutduğunu aydınlaşdırmaq lazımdır",- deyə Kreml sözçüsü bildirib.
Onun sözlərinə görə, qismən səfərbərliyin həyata keçirilməsi ilə bağlı tədbirlər görülür. “Əlbəttə, nəsə düzəldilib, başqa nəyisə dəyişmək lazım gəlir. Amma bunu yeni səfərbərlik dalğası kimi təqdim etmək düzgün deyil, yanlışlıqdır”,– Peskov deyib.
Onun sözlərinə görə, səfərbərlik sisteminin işində hər kəs səhvləri və çatışmazlıqları görüb, indi bu mexanizmin qaydaya salınması üçün tədbirlər görüləcək. "Bu sistemin işində müəyyən səhvlər və çatışmazlıqlar təkcə mütəxəssislər tərəfindən deyil, hamı tərəfindən nəzərə alınıb",- Kreml nümayəndəsi səfərbərlik sisteminin modernləşdirilməsinin Təhlükəsizlik Şurasının iclaslarında müzakirə olunub-olunmaması və bu işlərin nə vaxt başlaya biləcəyi sualına cavab olaraq qeyd edib.
O, Rusiya prezidenti Vladimir Putinin indiki vəziyyət olmasaydı, bu sahədəki problemlərin diqqətdən kənarda qalacağı ilə bağlı sözlərinə diqqət çəkib. "Buna görə də, əlbəttə ki, bu sistemin qaydaya salınması üçün indi tədbirlər görüləcək",- Peskov əlavə edib.
Eyni zamanda Kreml sözçüsü qeyd edib ki, bu sistemin təkmilləşdirilməsi "xüsusi əməliyyat" çərçivəsində hərbi xidmətə çağırışın davam etdirilməsi ilə bağlı deyil. “Hər hansı bir dövlətin hər hansı müvafiq şəraitdə effektiv səfərbərlik sistemi olmalıdır. Bu, səfərbərliyin davam etdirilməsi ilə bağlı deyil. Bu, sadəcə olaraq, onunla bağlıdır ki, bu sistem qaydaya salınmalıdır”,- deyə o vurğulayıb.
Tarix: 12-10-2022, 16:24
Xəbəri paylaş





Xəbər lenti