Putinin Ukrayna planları yumşalıb?

Putin Ukrayna mədəniyyətinin ləğv edilməsinə qarşı olduğunu bildirib və deyib ki, Rusiyada çoxları Ukrayna musuqisini sevirlər
Prezident Vladimir Putin deyib ki, yaxın vaxtlarda, təxminən iki həftə müddətində Rusiyada bütün səfərbərlik tədbirləri başa çatacaq.
Onun sözlərinə görə indiyədək Rusiyada 220 min nəfər səfərbərliyə cəlb edilib.
Putin bu barədə bəyanatlarını Qazaxıstanda keçirilən MDB sammitinin yekun mətbuat konfransında verib.
Rusiya prezidenti bildirib ki, Moskva səfərbərliyə dair planlarını artırmaq niyyətində deyil və səfərbərlik 300 min nəfəri əhatə etməlidir.
Putin habelə səfərbərlərin Ukrayna cəbhəsində ilk ölüm xəbərlərini şərh edib.
O deyib ki, hazırda Ukrayna cəbhəsində 16 min yeni səfərbər var. Putin bildirib ki, səfərbərlər cəbhə xəttinə göndərilməzdən əvvəl təlim keçirlər.
Vladimir Putin habelə bəyan edib ki, Moskvaının Ukraynanı məhv etmək planları yoxdur.
O habelə Ukrayna mədəniyyətinin ləğv edilməsinə qarşı olduğunu bildirib və deyib ki, Rusiyada çoxları Ukrayna musuqisini sevirlər.
Azadlıq radiosu
Tarix: 14-10-2022, 21:38
Xəbəri paylaş





Xəbər lenti