ABŞ və Rusiya nüvə silahı ilə bağlı məlumat mübadiləsi apardı

ABŞ və Rusiya nüvə silahı ilə bağlı məlumat mübadiləsi apardı
Rusiya və ABŞ 2010-cu ildə imzalanmış Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsinə (START) əsasən strateji hücum silahlarının sayı barədə məlumat mübadiləsi aparıblar.
 
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Nazirliyin xəbərinə görə, hazırda iki ölkənin strateji silah arsenalları aşağıdakı kimidir:
 
Rusiya: 540 ədəd qitələrarası ballistik raketlər, sualtı qayıqlardan buraxılan ballistik raketlər və ağır bombardmançı təyyarələr, 1549 ədəd döyüş başlığı və 759 buraxılış qurğusu.
 
ABŞ: 659 ədəd qitələrarası ballistik raketlər, sualtı qayıqlardan buraxılan ballistik raketlər və ağır bombardmançı təyyarələr, 1420 ədəd döyüş başlığı və 800 buraxılış qurğusu.
Tarix: 14-10-2022, 22:25
Xəbəri paylaş





Xəbər lenti