“Putin qorxur ki, ABŞ onu oğurlayacaq”


“Putin qorxur ki, ABŞ onu oğurlayacaq”Co Bayden və Vladimir Putin

Ukrayna şəhərlərinin bombalanması Kremlin yalnız zərərinə işlədi. Rusiya terrorçu dövlət elan edildi. Qərb Ukraynanı daha çox silahlandırmaq qərarına gəldi. Kiyev artıq Almaniyadan IRIS-T sistemləri alıb. Yaxın günlərdə ABŞ-dan NASAMS gələcək. Bər Kreml necə davranacaq?

Bizimyol.info xəbər verir ki, siyasi texnoloq Mixal Şeytelman Rusiyanın Ukraynada ələ keçirdiyi əraziləri itirməkdə davam edəcəyini düşünür. Onun fikrincə, Putinin müharibənin taleyini etibar etdiyi general Sergey Surovikin də Kreml qoşunlarını uğursuzluqdan qurtara bilməyəcək.
“Məncə, Surovikini çox şişirdirlər. Neçə dəfə deyiblər ki, əməliyyatlara bir general başçılıq etməyə başlayıb. Sadəcə, indiyə qədər qeyri-rəsmi idi, Şoyqu bunu rəsmiləşdirdi. Əslində raket zərbələri ilə bağlı qərarları Putin verir. Bu, siyasi qərardır, Surovikinin ayağına yazmaq lazım deyil. Rusiyada bütün hərbçilər eynidir. Yaxşılarının olduğunu düşünmək ağılsızlıqdır. Məsuliyyət bütünlüklə Putinin üzərinə düşür”.
Şeytelman deyir ki, Putin Rusiyanın terrorçu dövlət elan edilməsini heç istəmirdi. Çünki diplomatik statusunu itirir.
“Bu o deməkdir ki, G20 sammitinə gələ bilən şəxs Amerika qanunlarına görə orada axtarışda olan cinayətkara çevrilir və hansısa Mərkəzi Kəşfiyyat İdarəsi onu həbs edə bilər. Sadəcə, oğurlana bilər, çünki Usamə bin Laden kimi terrorçudur. Putin bundan çox qorxur. İstənilən Ukrayna vətəndaşı ABŞ məhkəmələrinə əmlak iddiası ilə müraciət edə bilər. Məsələn, bu gün oğurlanaraq Rusiyaya aparılan uşaqlar sonradan Amerika məhkəməsində Rusiyadan ömürlük təzminat tələbi ilə bağlı iddia qaldıra bilərlər. Putin belə nəticələr barədə düşünmür, amma Almaniya uşaqlarını qaçırdığı slavyan ölkələrinin pulunu verib, hələ də pensiyalarını ödəyir. Rusiya 80 il ərzində ukraynalılara təzminat ödəyəcək”.
Siyasi texnoloq Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin danışıqlar aparması ehtimalının hələ tükənmədiyinə əmindir. Şeytelman bildirir ki, uzun danışıqlara inanmır, amma ABŞ dövlət başçısı Co Bayden istəsə, qısa görüş alınacaq.
“Baydenin indi Putinlə danışa biləcəyi bir məsələ var - nüvə silahı. Bilirsiniz, Zelenski yenicə seçkiyə gedərkən müsahibələrin birində “Putinlə danışmağa hazırsınızmı?” sualına belə cavab verib: “Əgər bu, Ukraynaya sülh gətirəcəksə, şeytanla danışmağa da hazıram”. Bayden də eləcə. Nüvə silahına görə şeytanla danışmağa hazırdır. Amma yenə də danışıqlar aparmaq üçün yox, şərtləri diktə etmək və nəticələrini xəbərdar etmək üçün görüşəcək”.
Tarix: 15-10-2022, 17:24
Xəbəri paylaş





Xəbər lenti