Vaşinqton: “Rusiyanın hərbi müəssisələrində mikroelektronika tükənir”

Rusiyanın hərbi müəssisələri Ukraynadakı əməliyyatlarda lazım olan “kritik” silahların istehsalı ilə bağlı ciddi problemlərlərlə üzləşib.
“Alman Dalğası”nın yazdığına görə, bunu Amerika Birləşmiş Ştatları (ABŞ) maliyyə nazirinin müavini Uolli Adeymo deyib.
Onun sözlərinə görə, Rusiyanın hərbi sənayesininin belə bir çətinliklə üzləşməsinə səbəb mikroelektronikaya çıxışdan məhrum edən beynəlxalq sanksiyaların tətbiqidir:
“Rusiyada hərbi-sənaye kompleksi üçün vacib olan mikroelektronika tükənir və Rusiya rəsmiləri onların kifayət qədər xarici komponentlərə malik olmamasından narahatdırlar”.
ABŞ rəsminin iddiasına görə, artıq Rusiyanın ən böyük mikroelektronika istehsalçılarından ikisi istehsalı müvəqqəti dayandırıb. Amma məlumatda həmin şirkətlərin adları açıqlanmır.
Bundan əlavə, məlumatda müharibə başlayandan bəri Rusiya ordusunun 6 min texnika itirdiyi qeyd edilir və həm də əlavə edilir ki, silah-sursat yeri doldurulmazdan daha tez tükənir.
Azadlıq radiosu
Tarix: 15-10-2022, 22:14
Xəbəri paylaş





Xəbər lenti