İlon Mask: "Rusiya Krımı itirməyə başlasa, nüvə silahından istifadə edəcək" - FOTO


İlon Mask əmindir ki, Rusiya Krımı itirməyə başlasa, nüvə silahından istifadə edəcək.
KONKRET.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb.
“Əgər Rusiya seçim qarşısında qalacaqsa: Krımı itirmək və ya döyüş meydanında nüvə silahından istifadə etmək, o, ikincini seçəcək.
Amma hey, yaxşı tərəfə baxın! Ən azından bu ssenaridə Rusiya Krımı almayacaq, ona görə də göbələk buludlarının yüksəlməsini seyr edərkən bu fikirlə təsəlli ala bilərsiniz”, – deyə Mask yazıb.
 

Tarix: 17-10-2022, 22:18
Xəbəri paylaş





Xəbər lenti