Mariupolun mərkəzindəki Rusiya bayraqları gözlənilmədən yoxa çıxdı...-FOTOLAR

Mariupolun mərkəzindəki Rusiya bayraqları gözlənilmədən yoxa çıxdı...-FOTOLAR
Ukraynanın Rusiyanın müvəqqəti işğal etdiyi Mariupol şəhərinin mərkəzində işğalçılar tərəfindən bayraq dirəklərindən asılmış Rusiya bayraqları yoxa çıxıb.
 
Moderator.az xəbər verir ki,  bu haqda telegram-kanalında Mariupol merinin müşaviri Petr Andryuşenko məlumat və foto paylaşıb.

“Azadlıq meydanındakı bayraq dirəklərindəki bütün Rusiya əski parçaları birdən-birə yoxa çıxıb.Yaxud, birdən yox...Qəribədir ki, ruslar onlar üçün belə bir xoşagəlməz olaya diqqət etməyiblər" -deyə şəhər rəsmisi yazıb.

Sentyabrda Mariupol şəhər şurası işğal olunmuş Mariupolda müqavimətin gücləndiyini bildirmişdi. Meriya bunu sakinlərin işğalçı hakimiyyətdən narazı olması ilə izah edib.

Tarix: 20-10-2022, 16:54
Xəbəri paylaş





Xəbər lenti