“Partiyanın mənə verdiyi mandatı yerinə yetirə bilmədim” – Britaniyanın qəfil istefaya gedən Baş naziri


Böyük Britaniyanın Baş naziri Liz Trass cəmi 45 günlük fəaliyyətindən sonra qəflətən istefasını elan edib.
"AzPolitika.info" xəbər verir ki, Baş nazir çıxışında bildirib ki, onun varisi gələn həftə Mühafizəkarlar Partiyasının toplantısında seçiləcək.
Partiyanın millət vəkilləri xanım Trassı hökuməti məruz qoyduğu siyasi böhrana, uğursuz iqtisadi siyasətinə görə istefa verməyə çağırırdılar.
"Douning Street" qarşısındakı çıxışında xanım Trass, Mühafizəkarlar Partiyasının onu vergiləri azaltmaq və iqtisadi artımı təmin etmək üçün mandat verdiyini söyləyib. "Mən qəbul edirəm ki, Mühafizəkarlar Partiyası tərəfindən verilən mandatı yerinə yetirə bilmərəm".

Xanım Trass deyib ki, varisi rəsmi olaraq partiya lideri vəzifəsini tutana və Kral III Çarlz tərəfindən Baş nazir təyin olunana qədər vəzifəsində qalacaq. Keçən həftə nazir təyin edilən Ceremi Hant növbəti Baş nazir olmaq üçün liderlik yarışında iştirak etməyəcəyini söyləyib.
Xanım Trass 44 günlük müddətlə Britaniya tarixində ən qısa vəzifə tutan baş nazir olacaq.
Müxalifətdə olan Leyboristlər Partiyasının lideri Ser Keir Starmer xanım Trassın istefa çıxışından sonra dərhal ümumi seçkiyə çağırıb.
Tarix: 20-10-2022, 21:26
Xəbəri paylaş





Xəbər lenti