"Ukrayna Krımda ruslara təlim keçən İran hərbçilərinə iki dəfə zərbə endirib..."-RƏSMİ


Ukrayna Silahlı Qüvvələri ilhaq edilmiş Krımdakı İran hərbçilərinə iki dəfə zərbə endirib.
 


Moderator.az-ın rus versiyası xəbər verir ki,  "Feyiqin LIVE"-ın efirində Ukrayna Prezidenti Ofisinin müşaviri Aleksey Arestoviçin açıqlamasında belə deyilir.
 
“Biz onların Kırmda mövcud olduğunu bilirik. Biz onlara iki dəfə zərbə endirmişik. Beləliklə, orada "SEPAH" (İslam İnqilabı Keşikçiləri Korpusu) uşaqları Priqojinin("Vaqner" ÖHŞ-nin qurucusu) yaxtası uğrunda "qəhrəmancasına canlarını verdilər", -deyə Arestoviç bildirib.
 
O, ölənlərlə bağlı təsdiqlənmiş məlumatın olub-olmaması haqda sualı da cavablandırıb.
 
“Əlbəttə, raket zərbəsi onların gecələdikləri yerə dəyirsə, adətən orada ölümlər baş verir”, - deyə Arestoviç əlavə edib.
 
Moderator.az Ukrayna mediasına istinadla xatırladır ki, bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İranın Ukraynaya qarşı müharibədə birbaşa iştirakı haqda bəyanat verib. ABŞ rəsmisinin məlumatına görə, Krımda olan iranlılar kamikadze dronları işə salmaq üzrə təlimatçı və texniki dəstək işçisi kimi çalışırlar...
 
SİAM.AZ
Tarix: 21-10-2022, 08:32
Xəbəri paylaş





Xəbər lenti