“Kasıbın ballistik raketi”: Bu silah hər şeyi dəyişəcək!


“Ukrayna-Rusiya müharibəsi PUA-ların hərbi əməliyyatlardakı önəmini bir kəs daha ortaya qoydu və gələcəyin məhz  onlara məxsus olduğunu təsdiqlədi”.
Moderator.az xəbər verir ki, bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr ucuz başa gəldiyi üçün PUA-ları “kasıbın ballistik silahı” adlandırıb və bildirib ki, faktiki olaraq ballistik raket funksiyasını yerinə yerinə bilən PUA-lar həmin raketlərə ehtiyacı əhəmiyyətli dərəcədə azaldacaq. Çünki müasir müharibələr əsas zərbə qüvvəsinin məhz PUA-lara məxsus olduğunu sübut edir.
 
Nəşrin qənaətincə, yaxın gələcəkdə PUA-ların kütləvi istehsalı fonunda ballistik raketlərin və digər bahalı texnikaların istehsalı xeyli dərəcədə azalacaq və öz ilkin əhəmiyyətini itirəcək. Buna səbəb ucuz və effektiv PUA istehsalı ilə müqayisədə ballistik raket istehsalının daha böyük vəsiat tələb etməsidir. Bundan başqa, PUA-lar daşınma və idarəetmə baxımından da daha effektiv hesab olunur.
 
ABŞ hərbi ekspertlərinin qənaətincə, PUA-lara olan maraq və onların kütləvi istehsalı yaxın gələcəkdə dünya hərb sənayesindən tutmuş orduların texniki təchizatına, hərbi qulluqçular qarşısnda qoyulan tələblərə qədər hər şeyi dəyişəcək və dünya yeni reallıqlarla üz-üzə qalacaq.
 
Tarix: 21-10-2022, 08:52
Xəbəri paylaş





Xəbər lenti